12:31 25-08-2020
news_image
192
FUTBOL

Elit kateqoriyalı hakimlər sırasında – Əliyar Ağayev

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-nın mövsümöncəsi hazırlıq kursuna dəvət alıb.

Apasport.az saytının məlumatına görə, aparıcı hakimlər üçün təşkil edilən proses avqustun 26-27-də keçiriləcək.

Videokonfrans formatında olacaq təlimlərə elit və birinci kateqoriyalı, eyni zamanda VAR hakimləri cəlb edilib. Referilər onlayn kursa evlərindən qoşulacaqlar.

Təlimə 27 elit, 55 birinci kateqoriyalı hakim və 16 VAR referisi qatılacaq.