13:39 25-08-2020
news_image
123
FUTBOL

Fransalı müdafiəçi ilə anlaşdı - “Çelsi”

İngiltərənin “Çelsi” klubu heyətinə yeni futbolçu qatır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi Malanq Sarrla anlaşıb.

Tərəflər 5 illik müqavilə imzalanması barədə razılıq əldə edib. Bunadək Fransanın “Nitsa” klubunda çıxış edən 21 yaşlı arxa xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Nitsa” ilə müqaviləsi başa çatan Malanq azad agent statusuna malikdir.