
11:36
“Formula-1” üzrə dünya çempionatının təqvimində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, builki yarışa Türkiyə Qran-Prisi də əlavə olunub.
“Formula-1” rəhbərliyi 13-15 noyabr tarixlərində Türkiyə Qran-Prisinin keçirilməsini qərara alıb. Bununla “Formula-1” yenidən adıçəkilən ölkəyə qayıdıb.
Beləliklə, bundan sonrakı mərhələlər müvafiq olaraq Belçika (28-30 avqust), İtaliya (4-6 və 11-13 sentyabr), Rusiya (25-27 sentyabr), Almaniya (9-11 oktyabr), Portuqaliya (23-25 oktyabr), İtaliya (31 oktyabr – 1 noyabr), Türkiyə (13-15 noyabr), Bəhreyn (27-29 noyabr və 4-6 dekabr) və Birləşmiş Ərəb Əmirliklərində (11-13 dekabr) keçiriləcək.