16:30 25-08-2020
news_image
5953
FUTBOL

Premyer Liqa klubu ilə müqavilə bağladı - Kamran Ağayev

"Səbail” heyətinə daha bir futbolçu cəlb edib.

Paytaxt klubunun baş məşqçisi Aftandil Hacıyevin apasport.az saytına verdiyi məlumata görə, milli komandamızın sabiq qapıçısı Kamran Ağayevlə müqavilə imzalanıb.

34 yaşlı qolkiper yeni klubu ilə 1 illik sazişə qol çəkib. Baş məşqçi onun hələ bir müddət komandaya kömək edə bilməyəcəyini vurğulayıb: “Kamran uzun müddətdir klubsuzdur. Onunla danışıb razılaşdıq. Qərara aldıq ki, formaya düşməsi üçün Kamrana kömək edək. Kənarda qalmasını istəmədik. Əvvəlki formasını bərpa etdikdən sonra isə o “Səbail”ə kömək edəcək”.

Qeyd edək ki, son klubu "Keşlə" olan Kamran Ağayev bir ildən çox klubsuz qalıb.