17:08 25-08-2020
news_image
85
FUTBOL

“Yuventus”un hədəfindəki forvard - Dzeko

Bosniya və Herseqovina millisinin futbolçusu Edin Dzeko mövsümlərarası fasilədə komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Roma”nın hücumçusu A seriyasının çempionu “Yuventus”un hədəfindədir.

Turin təmsilçisinin yeni baş məşqçisi Andrea Pirlo argentinalı forvard Qonsalo İquainin hazırkı formasından narazıdır. Bu səbəbdən də mütəxəssis 34 yaşlı balkanlının transferində maraqlıdır.

Qeyd edək ki, Dzeko A seriyasının son mövsümündə keçirdiyi 35 oyunda 16 qol vurub.