17:21 25-08-2020
news_image
96
FUTBOL

10-cu kapitan – Premyer Liqa klubunda

Ağabala Ramazanov ilk dəfə “Zirə”nin kapitanı kimi meydana çıxıb. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün ilk turunda reallaşıb.

“10 nömrə” “Qəbələ” ilə səfər matçına kapitan sarğısı ilə başlayıb. 27 yaşlı hücumçu klub tarixinə Premyer Liqa görüşünə kapitan kimi çıxan 10-cu futbolçu kimi düşüb. Bunadək bakılıların 138 matçında (digər iki görüşün nəticəsi ləğv edilib) 9 kapitan olmuşdu.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Qəbələ” – “Zirə” oyununda ikincilərin yeganə qoluna Ağabala Ramazanov imza atıb.