17:36 25-08-2020
news_image
231
FUTBOL

Əcnəbi qapıçı alacaq – “Səbail”

Azərbaycan Premyer Liqasının I turunda “Neftçi” ilə qarşılaşan “Səbail” (1:2) qapıçı axtarışlarını davam etdirir.

Apasport.az saytına bu barədə məlumatı klubun baş məşqçisi Aftandil Hacıyev verib. 

O bildirib ki, milli komandamızın sabiq qapıçısı Kamran Ağayevlə yenicə 1 illik müqavilə imzalamalarına baxmayaraq, bir əcnəbi qolkiper də gətirmək fikrindədirlər. 39 yaşlı çalışdırıcı axtarışlarının davam etdiyini və növbəti tura qədər bu məsələni yoluna qoymağa çalışdıqlarını söyləyib.

Qeyd edək ki, “Səbail”in heyətində Kamran Ağayevlə yanaşı, hazırda Şahin Zəkiyev və Elxan Əhmədov kimi qapıçılar var. Yay fasiləsində Kamal Bayramov və Aleksandr Rıbka komandanı tərk edib.