18:04 25-08-2020
news_image
242
FUTBOL

“Şerif” 35 nəfərlə gəldi - Bakıya

Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la qarşılaşacaq Moldovanın “Şerif” klubu Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, Tiraspol təmsilçisi ölkəmizə çarter reysi ilə yollanıb.

Qonaqların nümayəndə heyəti 35 nəfərdən ibarətdir. Moldovalılar şəhərin mərkəzində, Dənizkənarı parka yaxın otellərdən birində məskunlaşıb.

“Şerif”  bu gün axşam oyun öncəsi son məşqini keçirəcək. Hazırlıq prosesi sabahkı matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.