23:12 25-08-2020
news_image
184
FUTBOL

21 aylıq iş kəsildi - Harri Maquayra

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr məhkəmə qarşısına çıxıb.

Apasport.az saytının məlumatına görə bir neçə gün əvvəl Yunanıstanda saxlanılan 27 yaşlı futbolçu barədə qərar açıqlanıb.

Mikonos adasında istirahət zamanı gecə klubunun önündə dava etdiyi və ardından polislərə müqavimət göstərdiyi üçün saxlanılan İngiltərə millisinin üzvünə 21 ay, 10 günlük şərti cəza kəsilib. Futbolçuya şərti olaraq 3 il sınaq müddəti verilib.

Qeyd edək ki, sevgilisi ilə tətildə olan Harri Maquayr əvvəlcə ingilis turistlərlə əlbəyaxa olub, ardından iki dostu ilə birlikdə polislərə hücum çəkib, ən sonda onlara rüşvət təklif edib.