23:20 25-08-2020
news_image
477
FUTBOL

"Şkendiya"nın futbolçusu koronavirusa yoluxdu - Azərbaycan səfəri öncəsi

"Sumqayıt"ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Azərbaycana itki ilə gələcək.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Şimali Makedoniya təmsilçisinin futbolçusu Armend Alimi koronavirusa yoluxub.

33 yaşlı yarımmüdafiəçinin testi pozitiv çıxdığından, o, Azərbaycana gələcək heyətdə yer almayacaq. Alimi evində karantin şəraitində qalacaq.

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" oyunu saat 20:00-da başlayacaq.