23:24 25-08-2020
news_image
136
FUTBOL

"Sərfəli nəticə qazanacaq keyfiyyətə malikik - "Sumqayıt"ın rəqibi

“Çətin bir dövrdən keçirik. Pandemiyadan sonra optimal formaya qayıtmaq üçün müəyyən vaxt tələb olunur".

Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniya klubu "Şkendiya"nın hücumçusu Besart İbraimi deyib.

34 yaşlı forvard klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində "Sumqayıt"la keçiriləcək oyuna münasibət bildirib. Şimali Makedoniya millisinin sabiq üzvü Azərbaycana qələbə dalınca yollanacaqlarını söyləyib: "Turu keçmək üçün motivasiya və inamla Azərbaycana gedirik. İstənilən halda işimizin asan olacağını iddia etmirik. Çünki hər matçın və hər bir rəqibin çətinlikləri var. Amma bizə sərf edən nəticəni qazanmaq üçün lazımi səviyyədə çıxış edəcək keyfiyyətə malikik".

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" oyunu 20:00-da başlayacaq.