09:00 26-08-2020
news_image
126
FUTBOL

Barış Ekincierin komandasında koronavirus – toplanış ləğv olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Barış Ekincierin klubu “Bohum”un bir oyunçusu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bir futbolçuda testin nəticəsi pozitiv çıxıb. Klub həmin oyunçunun adını açıqlamayıb. Bu səbəbdən II Bundesliqa təmsilçisi dünən başlamalı olan təlim-məşq toplanışını ləğv edib. Bütün futbolçular və məşqçi heyəti karantinə alınıb. Aşağı liqa təmsilçisi “Lyubek”lə yoxlama görüşü artıq ləğv olunub.

Qeyd edək ki, Barış Ekincier U-21 millimizin AVRO-2021-in seçmə mərhələsində sentyabrın 7-də Fransa ilə evdə keçiriləcək oyununa çağırılıb.