09:23 26-08-2020
news_image
199
FUTBOL

Bakı səfəri öncəsi koronavirus testinin cavabını açıqladı – “Şkupi”

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Şkupi” bu gün ölkəmizə yollanacaq.

Apasport.az saytının məlumatına görə, Şimali Makedoniya təmsilçisi səfər öncəsi koronavirus testindən keçib.

Bakıya yollanacaq nümayəndə heyəti, həmçinin məşqçilər və futbolçuların testinin cavabı neqativ çıxıb. Çair təmsilçisi testlərin nəticəsini artıq UEFA-ya da təqdim edib.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Şkupi” oyunu saat 20:00-da başlayacaq.