09:31 26-08-2020
news_image
178
FUTBOL

Messi gedəcəyi yeri müəyyənləşdirdi – “Mançester Siti”

Argentina milli komandasının futbolçusu Lionel Messi karyerasını davam etdirəcəyi klubu müəyyənləşdirib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya “Barselona”sından ayrılmağa qərar verən hücumçu İngiltərə Premyer Liqasında oynamaq arzusundadır.

Messi “Mançester Siti”yə keçməyə qərar verib. O, artıq mançesterlilərin baş məşqçisi Pep Qvardiola ilə də danışıqlar aparıb.

Qeyd edək ki, Messinin müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. Cənubi amerikalı anlaşmasındakı bənddən yararlanıb müqaviləyə birtərəfli qaydada xitam vermək qərarına gəlib. Lakin “Barselona” oyunçunu 700 milyon avrodan ucuz buraxmamaqda israrlıdır.