10:26 26-08-2020
news_image
119
FUTBOL

La Liqa klubu istəyir - argentinalı əfsanəni

Əfsanəvi Dieqo Maradona karyerasını La Liqada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yeni mövsümdən yüksək dəstədə çıxış edəcək “Elçe” argentinalını baş məşqçi postuna gətirmək istəyir.

Klubun argentinalı sahibi Kristian Bqaranik həmyerlisini komandasına gətirməyin təşəbbüskarıdır. Maradona hazırda vətənində “Ximnasiya Esqrima”nı çalışdırır.

“Elçe” bir müddət əvvəl baş məşqçisi Xose Roxo Martinlə yollarını ayırıb. 52 yaşlı mütəxəssis komandanı La Liqaya çıxardıqdan sonra postunu tərk edib.