
13:16
Türkiyənin daha bir klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, “Ərzurumspor”un bir futbolçusunun testinin nəticəsi pozitiv çıxıb.
Super Liqanın debütantı rəsmi saytı vasitəsilə xəbəri təsdiq edib. Futbolçunun adı açıqlanmasa da, onun karantinə alındığı və müalicəsinə başlanıldığı vurğulanıb.
Qeyd edək ki, “Ərzurumspor” ötən mövsüm TFF I liqada 2-ci yeri tutaraq Super Liqaya vəsiqə qazanıb.