13:04 26-08-2020
news_image
775
FUTBOL

Yeni transferi Bakıya gəldi – “Qarabağ”ın

“Qarabağ” “Çerno More”nin yarımmüdafiəçisi Patrik Andrade ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, Kabo Verdedən olan legioner artıq Bakıdadır.

O, öncə klub rəhbərliyi ilə görüşəcək, daha sonra tibbi baxışdan keçəcək. Axşam saatlarında isə Ağdam təmsilçisinin “Şerif”lə Çempionlar Liqası matçını stadiondan izləyəcək. Azərbaycan çempionu afrikalı mərkəz oyunçusu ilə 2+1 illik müqavilə bağlamağı planlaşdırır.

27 yaşlı futbolçu “Qarabağ”a 2018-ci ildən şərəfini qoruduğu “Çerno More”dən gəlib. O, bu müddət ərzində Bolqarıstan klubunun aparıcı simalarından olub. Varna klubunda 49 oyuna 5 qol vuran hücumameylli oyunçu peşəkar futbol həyatına ölkəsində – “Sportinq Prata”da başlayıb.

Onun karyerası əsasən Portuqaliya ilə bağlıdır. Andrade adıçəkilən ölkədə “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros”un şərəfini qoruyub. Sportinfo.az