13:08 26-08-2020
news_image
240
FUTBOL

Nazarovun məsələsinə aydınlıq gətirdi - AFFA

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, 8-də isə Kipr millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının təlim-məşq toplanışında Almaniyanın “Erzgebirge Aue” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

Bildirilib ki, UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq.