13:18 26-08-2020
news_image
180
FUTBOL

“25”in astanasında – “Qarabağ”

Çempionlar Liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq “Qarabağ” yubiley qələbəsinə imza ata bilər.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qalib gəlsə, avrokuboklarda 25-ci ev qələbəsini qeyd edəcək.

Əyalət klubu indiyədək öz meydanında 24 dəfə qalib gəlib. Bunadək 60 matç keçirən ağdamlılar 16 heç-heçə edib və 20 dəfə uduzub. Rəqib qapılarından 71 top keçirən təmsilçimiz 60 qol buraxıb.

Ağdam klubu avrokuboklardakı bütün ev qələbələrini Qurban Qurbanovun rəhbərliyi altında qazanıb. 2009/10 mövsümündə Avropa Liqasının “Rusenborq”la oyunundakı 1:0 hesablı qələbə evdəki ilk uğur idi. Bunadək yalnız səfərdə sevinən “Qarabağ” 11 ildə 24 dəfə qonaqları məğlub yola salıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” oyunu saat 20:00-da başlayacaq.