13:34 26-08-2020
news_image
321
FUTBOL

Azərbaycanla oyunun heyətini açıqladı - Lüksemburq

Lüksemburq yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə keçirəcəyi oyunların heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Lük Holts C liqasının 1-ci qrupu çərçivəsində baş tutacaq ilk iki görüşdə ixtiyarında olacaq futbolçuları müəyyənləşdirib.

Çalışdırıcı ümumilikdə 23 oyunçuya dəvət göndərib ki, onlardan 17-si legioner həyatı yaşayır. Lüksemburq millisinin 6 futbolçusu Almaniyada çıxış edir.

Qapıçılar: Tim Kips ("Düdelanj"), Anthoni Moris ("Union", Belçika), Ralf Şon ("Viltz")
Müdafiəçilər: Dirk Karlson ("Karlsrue", Almaniya), Lars Gerson ("Norrçöpinq", İsveç), Tim Holl ("Jil Visente", Portuqaliya), Laoren Yans ("Mets", Fransa), Enes Mahmutoviç ("Lvov", Ukrayna), Kevin Malget ("Hesperingen"), Vahid Selimoviç (OFİ, Yunanıstan)
Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bohnert (hər ikisi "Mayns", Almaniya), Kristofer Martins ("Yanq Boyz", İsveçrə), Matias Olesen ("Köln", Almaniya), Danel Sinani ("Norviç", İngiltərə), Aldin Skenderoviç ("Proqress"), Olivye Till ("Ufa", Rusiya), Vinsen Till ("Mets", Fransa)
Hücumçular: Stefano Bensi ("Fola"), Alessio Kurçi ("Mayns", Almaniya), Mauritse Devill ("Saarbrüken", Almaniya), Edvin Muratoviç ("Düdelanj"), Gerson Rodriges ("Dinamo", Kiyev, Ukrayna).

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Lüksemburq yığması 3 gün sonra Monteneqronu qəbul edəcək. Azərbaycan millisi isə sentyabrın 8-də Nikosiyada Kiprlə üz-üzə gələcək.