13:44 26-08-2020
news_image
147
FUTBOL

Lüksemburq yığmasında itki – Bakıya gəlməyəcək

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Lüksemburq millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu “cırtdan ölkə” təmsilçisinin baş məşqçisi Lük Holts açıqlayıb.

O bildirib ki, ABŞ-ın “Nyu-York Siti” klubunda çıxış edən Maksim Şano qarşıdakı iki görüşdə milliyə kömək etməyəcək. Buna koronavirusla bağlı karantin ehtimalı səbəb olub: “Neçə vaxtdır Maksimlə danışırıq. Telefon söhbətlərinin yekununda belə qərara gəldik. Çünki ABŞ-a qayıdanda onu iki həftəlik karantin gözləyir. Bu səbəbdən də futbolçunun bununla razılaşmasını gözləməyə dəyməzdi”.

Qeyd edək ki, Şano millidə 39 oyuna 3 qol vurub. Azərbaycan – Lüksemburq görüşü sentaybrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək.