15:26 26-08-2020
news_image
257
FUTBOL

“Qarabağ” - “Şerif”: Kim güclüdür?

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Ağdam klubunu aşkar favorit sayırlar. 

Bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,58, məğlubiyyəti 6,70 əmsaldır. Matçda heç-heçəyə 3,84 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.