15:39 26-08-2020
news_image
381
FUTBOL

Essyeni göndərdi, Messini arzulayır – “Səbail”

İspaniyanın “Barselona” klubundan ayrılmağa qərar verən argentinalı futbolçu Lionel Messiyə daha bir “müştəri” çıxıb.

Apasport.az saytının məlumatına görə, Bakının “Səbail” klubu cənubi amerikalını heyətində görmək istəyir.

Paytaxt təmsilçisi bunu feysbuk səhifəsi vasitəsilə bəyan edib. Bakılıların paylaşımı da bu fantastik arzudan xəbər verir. Bunadək Maykl Essyenin transferi ilə özündən söz etdirən “Səbail” indi də daha sanballı oyunçuya göz dikib. Baxmayaraq ki, komanda Aleksandr Rıbka, Şəhriyar Rəhimov, Kamal Bayramov, Eriko da Silva kimi oyunçuları da saxlaya bilməkdə aciz qalmışdı.

Messiyə “Səbail” forması “geyindirən” Premyer Liqa klubu bu geyimin ona yaraşdığını iddia edir: “Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsünüz?”.

Qeyd edək ki, “Barselona” Messini yalnız 700 milyon avroya satmağa razıdır. Futbolçu isə müqaviləni birtərəfli qaydada pozmaq istəyir.