16:25 26-08-2020
news_image
100
FUTBOL

Yeni müqavilə bağladı - Ceymi Vardi

“Lester”in hücumçusu Ceymi Vardinin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard Premyer Liqa təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan İngiltərə millisinin üzvü yeni sazişə əsasən, 2023-cü ilin yayına qədər “tülkülər”ə məxsus olacaq.

Qeyd edək ki, Ceymi Vardi 2012-ci ildən “Lester”in formasını geyinir. Forvard bu klubun heyətində keçirdiyi 309 oyunda 129 qola imza atıb.