16:46 26-08-2020
news_image
169
FUTBOL

Azərbaycan millisinin heyətindən çıxarıldı - koronavirusa görə

Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Ekincier 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də Fransa yığmasına qarşı keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus (COVİD-19) testinin pozitiv nəticələnməsi ilə əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunmasıdır.