
20:41
İngiltərənin “Çelsi” klubu növbəti transferini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi “Lester”in müdafiəçisi Ben Çiluelli heyətinə qatıb.
23 yaşlı ingiltərəli ilə 5 illik müqavilə imzalanıb. “Çelsi” bu oyunçu üçün “tülkülər”ə 50 milyon funt sterlinq ödəyib.
Qeyd edək ki, Çiluell ötən mövsüm Premyer Liqanın 27 oyununda 3 qol vurub.