21:03 26-08-2020
news_image
129
FUTBOL

“Neftçi”yə qalib gələcəklərinə ümid edir - Besar İseni

"Sabah təcrübəli komandaya qarşı oynayacağıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq". 

Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniyanın "Şkupi" komandasının kapitanı Besar İseni UEFA Avropa liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" ilə matçdan əvvəl mətbuat konfransında deyib. 

23 yaşlı yarımmüdafiəçi bildirib ki, cütün taleyi bir oyundan sonra həll olacaq və bu səbəbdən hər şey baş verə bilər. O, sabah yaxşı oyun göstərəcəklərinə və qələbə qazanacaqlarına ümid etdiyini vurğulayıb: "Rəqibi yaxşı təhlil etmişik. Sabahkı matça hazırıq. Meydanda öz oyunumuzu nümayiş etdirəcəyik". 

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.