21:08 26-08-2020
news_image
349
FUTBOL

“Qarabağ”ın 31-cisi - Azərbaycanın 143-cüsü

“Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiç Azərbaycanda ilk avrokubok qoluna imza atıb.

Apasport.az saytının məlumatına görə, serbiyalı legioner buna Çempionlar Liqasının II təsnifat mərhələsində nail olub.

O, “Şerif”lə Bakıdakı görüşdə penaltini dəqiq yerinə yetirib. Matiç Azərbaycan futbolu tarixinə avrokuboklarda klublarımızın heyətində qol vuran 143-cü futbolçu kimi düşüb.

Uroş təmsilçilərimizin heyətində Çempionlar Liqasında rəqib qapısına yol tapan 46-cı oyunçu olub. Serb futbolçu “Qarabağ”ın avrokuboklarda 31-ci qolçusu kimi də tarixə düşüb. Bunadək Ağdam klubunda 30, Azərbaycan komandalarında 45-i Çempionlar Liqasında olmaqla 142 futbolçu qol sevinci yaşamışdı.