22:42 26-08-2020
news_image
338
FUTBOL

“Qarabağ” “Şerif”i necə üstələdi? - STATİSTİKA

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Moldova təmsilçisindən üstün olub.

Ağdam klubu qapı çərçivəsinə zərbələrdə böyük üstünlük əldə edib. Təmsilçimiz 6 zərbədən ikisini qola çeviribsə, rəqibin yalnız bir belə imkanı olub və qolla nəticələnib.

“Qarabağ” – “Şerif”
Qollar
– 2:1
Zərbələr – 15:6
Çərçivəyə zərbələr – 6:1
Çərçivədən kənar zərbələr – 3:3
Blok edilən zərbələr – 6:2
Künc zərbələri – 5:3
Oyundan kənar vəziyyət – 2:5
Bloklama – 0:4
Sarı vərəqə - 1:1
Qırmızı vərəqə - 0:1
Qayda pozuntuları – 10:15