09:04 27-08-2020
news_image
197
FUTBOL

Rumıniya klubunda - “Neftçi”dən ayrılan futbolçu

“Neftçi”nin sabiq futbolçusu Soni Mustivarın yeni klubunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yay fasiləsində Bakı klubundan ayrılan 30 yaşlı orta sahə oyunçusu karyerasını Rumıniyada davam etdirəcək.

Haiti millisinin üzvü elitada çıxış edən “Hermannstadt”la anlaşıb. Futbolçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2018-ci ilin martın “Neftçi”yə keçən Soni Mustivar bu komandanın heyətində ümumilikdə 56 oyun keçirib, 3 qola imza atıb.