09:59 27-08-2020
news_image
254
FUTBOL

“Qarabağ” “Şerif”in tarixinə düşdü – 100 qol

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyun “Şerif” üçün əlamətdar alınıb.

Apasport.az saytının məlumatına görə, Moldova çempionu 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, avrokuboklarda yubiley qolunu vurub.

Frank Kastanedanın 78-ci dəqiqədə vurduğu təsəlli topu “Şerif” tarixinin Avropa arenasında 100-cü qolu olub. Komandanın avrokuboklardakı bombardiri Ziqi Badibanqadır. O, Çempionlar Liqası və Avropa Liqasının hərəsində 4 dəfə rəqib qapılarına yol tapıb. Ümumilikdə 100 topdan yalnız 18-i moldovalı futbolçuların aktivinə yazılıb.

Qeyd edək ki, “Şerif” mübarizəni Avropa Liqasında davam etdirəcəksə, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.