10:37 27-08-2020
news_image
127
FUTBOL

4 futbolçusu koronavirusa yoluxdu - “Çelsi”nin

İngiltərənin “Çelsi” klubunun futbolçuları koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, 4 oyunçunun testinin pozitiv çıxdığı açıqlanıb.

Həmin futbolçuların adları mətbuata deyilməsə də, onların müdafiəçi Fikayo Tomori, yarımmüdafiəçilər Meyson Maunt, Kristian Pulişiç və hücumçu Temmi Abraham olduğu bildirilir. Yunanıstanda yerləşən Mikonos adasında istirahətdə olan futbolçular özlərini təcrid edib və evdə karantin şəraitində qalırlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2020/21 mövsümü sentyabrın 12-də başlayacaq.