12:48 27-08-2020
news_image
234
FUTBOL

“Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibi – favoritlər

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunların əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan klublarının matçlarının favoritlərini də müəyyənləşdirib.

Bu gün Bakıdakı “Bakcell Arena”da Şimali Makedoniyanın “Şkupi” klubunu qəbul edəcək “Neftçi” daha şanslı sayılır. Təmsilçimizin qələbəsi 1,34, məğlubiyyəti 8,20 əmsaldır. Matçda heç-heçəyə 5,00 əmsal verilib.

Azərbaycan və Şimali Makedoniya klublarının digər dueli Sumqayıtda baş tutacaq. Eyniadlı komanda “Şkendiya”nı qəbul edəcək. Bu görüşdə qonaqlar şanslı hesab olunur. Təmsilçimizin qələbəsi 3,05, heç-heçəsi 3,26 əmsalla qiymətləndirilib. Makedoniyalıların qələbəsi isə 2,31-ə bərabərdir.

Digər Bakı klubu “Keşlə” Albaniya “Laçi”si ilə duelin favoritidir. Premyer Liqanın bürünc mükafatçısının qələbəsi 1,70, heç-heçəsi 3,98, məğlubiyyəti 4,42 əmsalla dəyərləndrilib.