13:28 27-08-2020
news_image
281
FUTBOL

Armando Kunqu: “Keşlə”nin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var” – MÜSAHİBƏ

Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə" ilə keçiriləcək oyun barədə ölkəsinin "Panoramo" nəşrinə müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis bu gün “ASK Arena”da baş tutacaq görüşdə hədəflərinin qələbə qazanmaq olacağını bildirib.

- Azərbaycanda son məşqiniz necə keçdi?
- Məşqimiz yaxşı keçdi, normal vəziyyətdə idi. İki həftədən çoxdur hazırlaşırıq. Son gündə “Keşlə” ilə qarşılaşacağımız stadiona uyğunlaşmağa çalışdıq. 

- Bu matçda hədəfiniz nədir?
- Futbolçulara yalnız öz oyunumuzu göstərməyi, hər şeydən əvvəl mövsüm ərzində sərgilənən performansı davam etdirməyi və xarakter nümayiş etdirməli olduğumuzu tapşırdım. Onlardan yalnız bunu gözləyirəm. Bu baş verərsə, qələbə qazanacağımıza inanıram.

- Rəqibin hansı cəhətinə xüsusi diqqət yetirməlisiniz?
- “Keşlə”nin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var. Ancaq unutmayın ki, komandamız kollektiv şəkildə güclüdür və bu özəlliyi ilə fərqlənir.

- “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli uzun illər Azərbaycanda oynayıb. Ondan hər hansı bir məlumat almısınız?
- Sizin vasitənizlə ona təşəkkür edirəm. Aqolli həmişə dostlarına kömək etməyə hazırdır. O, bizi qürurlandıran albaniyalıdır.