14:37 27-08-2020
news_image
158
FUTBOL

Neymara “Mançester Siti”ni təklif etdi - Messi

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi karyerasını İngiltərə təmsilçisi “Mançester Siti”də davam etdirmək fikrindədir.

Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu keçmiş komanda yoldaşı Neymarla yenidən bir yerdə oynamaq arzusundadır.

33 yaşlı superulduz bununla bağlı PSJ-nin hücumçusu ilə söhbət də edib. Onun Neymara zəng vurduğu və “şəhərlilər”ə keçməyi təklif etdiyi bildirilir.

Qeyd edək ki, “Mançester Siti” Lionel Messinin transferi üçün 200 milyon avro təklif etsə də, “Barselona” rəhbərliyi müqavilədə göstərilən 700 milyon avroluq təzminatın ödənilməsini istəyib.