15:00 27-08-2020
news_image
116
FUTBOL

2 yoxlama görüşü keçirəcək – “Səbail”

Milli komandaların rəsmi oyunlarına görə, Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayacaq.

Apasport.az saytının məlumatına görə, elita təmsilçilərindən “Səbail” 2 sınaq matçı keçirməyi planlaşdırır.

Bakı klubunun ilk rəqibi də artıq məlumdur. Baş məşqçi Aftandil Hacıyev avqustun 30-da paytaxtda “Qəbələ” ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq qarşılaşma 17:00-da start götürəcək. “Səbail” növbəti yoxlama görüşünü isə sentyabrın 5-də keçirəcək. Həmin oyundakı rəqibin adı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, “Səbail” 2020/21 mövsümünün ilk turunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub.