15:56 27-08-2020
news_image
165
FUTBOL

“Mançester Siti”dən imtina etdi – Pirloya görə

İngiltərənin “Mançester Siti” klubunun Leonardo Bonuççini trasnfer etmək istəyi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Yuventus” klubunun 33 yaşlı müdafiəçisi Premyer Liqa təmsilçisinə keçməkdən imtina edib.

Buna səbəb müdafiəçinin “Yuventus”da qalmaq və yeni baş məşqçi Andrea Pirloya dəstək olmaq istəyidir. İmtinanın dərhal gəlməsi üzündən mançesterlilər “Yuventus”la danışıqlara da başlaya bilməyib.

Qeyd edək ki, Bonuççi 2011-15-ci illərdə “Yuventus”da Pirlo ilə komanda yoldaşı olub. Onlar həm də İtaliya yığmasında birgə çıxış edib.