15:40 27-08-2020
news_image
506
FUTBOL

Millinin heyətindən kənarlaşdırıldı - Eddi İsrafilov

İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil. Testlərin cavabını gözlədiyi müddətdə oyunçunun məşq etməsinə icazə verilməyəcək.

Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq (5 sentyabr) və Kipr (8 sentyabr) yığmalarına qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.