16:24 27-08-2020
news_image
91
FUTBOL

Koronavirusa yoluxdu - Pol Poqba

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçudan götürülən testin nəticəsi pozitiv çıxıb.

Bu səbəbdən Poqba Fransa millisinin Millətlər Liqasının 2020/21 mövsümündəki ilk iki matçının heyətindən çıxarılıb. Onun əvəzinə “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqaya dəvət göndərilib. Fransa yığması sentyabrın 5-də İsveç, 8-də isə Xorvatiya ilə qarşılaşacaq.

Qeyd edək ki, "Tottenhem"in yarımmüdafiəçisi Tanqay Ndombele də koronavirusa yoluxduğu üçün Fransa yığmasının heyətindən kənarlaşdırılıb. 23 yaşlı oyunçu iki həftəlik karantinə alınıb.