17:06 27-08-2020
news_image
203
FUTBOL

Avropa Liqasının qalibi Sumqayıtda oynayacaq – Fransa millisində

21 yaşadək futbolçulardan ibarət Fransa millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Silven Ripol Avropa çempionatının seçmə mərhələsinin Gürcüstan və Azərbaycan yığması ilə görüşlərinə 23 futbolçu çağırıb.

Bunlardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, beşi hücumçudur. Fransa millisinin heyətində bir müddət öncə “Sevilya” ilə Avropa Liqasını qazanan Jül Kunde də yer alıb.

Qapıçılar: Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə);
Müdafiəçilər: Benua Badiaşile (Monako), Melvin Bard (Lion), Kolin Daqba (PSJ), Bafode Diakite (Tuluza), Bubakar Kamara (Marsel), Jül Kunde (Sevilya, İspaniya), Krist-Emanuel Faytout Maoussa (Renn), Obite Evan Ndiçka (Ayntraxt, Almaniya);
Yarımmüdafiəçilər: Maksen Kaquere (Lion), İbrahima Diallo (Brest), Matteo Genduzi (Arsenal, İngiltərə), İmran Louza (Nant), Arno Nordin (Sent-Etyenn), Ceff Peyn-Adelaid (Lion), Bubakari Soumare (Lill);
Hücumçular: Mussa Diabi (Bayer, Almaniya), Erik Dina Ebimbe (Dijon), Amine Qouiri (Nitsa), Brayan Mbeumo (Brentford, İngiltərə), Odson Eduard (Seltik, Şotlandiya).

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu sentyabrın 7-də Sumqayıtda keçiriləcək. Fransalılar bundan üç gün əvvəl Gürcüstanla üz-üzə gələcək.