17:20 27-08-2020
news_image
149
FUTBOL

5 illik müqavilə - “Çelsi”dən yeni transfer

İngiltərənin “Çelsi” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Nitsa”nın müdafiəçisi Malanq Sarrı transfer etdiyini açıqlayıb.

London klubunda tibbi müayinədən keçən 21 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə münasibətləri rəsmiləşdirib. “Çelsi” ilə 5 illik müqavilə imzalayan Sarr 2025-ci ilin yayına “zadəganlar”a məxsus olacaq. Ancaq futbolçunun 2020/21 mövsümünü icarə əsasında başqa komandada çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, Malanq Sarr 2016-cı ildən “Nitsa”nın əsas komandasının formasını geyinib.