22:04 27-08-2020
news_image
358
FUTBOL

"Neftçi"yə təhlükə yaradacağımızı düşünürdük" - Muharrem Bayrami

“Neftçi"ni qələbə münasibətilə təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Şkupi”nin baş məşqçisi Muharrem Bayrami Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

“Bakcell Arena”da baş tutan qarşılaşmada rəqibinə 1:2 hesabı ilə məğlub olan Şimali Makedoniya klubu avrokuboklarla vidalaşıb.

Oyunsonrası mətbuat konfransında Bayrami fikrini bu sözlərlə davam etdirib: “Fikrimcə, son 6-7 oyunun ən yaxşı çıxışını göstərdik. Birinci hissədə biz daha üstün idik. 2-3 qol epizodundan istifadə edə bilmədik. İkinci hissədə də yaxşı idik. Ancaq qırmızı vərəqədən sonra işimizi çətinləşdirdik. Öz şanslarımızdan istifadə edə bilmədik. Futbolda belə hallar olur. "Neftçi" bizi cəzalandırdı və nəticə göz önündədir".

- Əvəzləmələrinizin sizin ziyanınıza işlədiyini düşünmürsünüz?
- Birincisi, dəyişiklik zamanı yeni oyunçu meydana buraxmaq istəyirdik. Yeni oyuna qoşulan oyunçunun zərbələri yaxşı idi. Onun sayəsində rəqib qapısı qarşısında təhlükə yaradacağımızı düşünürdük. İkinci dəyişikliyə gəlincə, qırmızı vərəqə planımızı dəyişdi. Başqa dəyişiklik planlaşdırırdım. Amma buna vadar oldum.

- İkinci hissədə oyununuzun zəif alınmasına səbəb nə oldu? Təcrübəsizlik öz sözünü dedi?
- İkinci hissəyə də yaxşı başladıq. İlk qolu səhvdən buraxdıq. "Neftçi" təcrübəli komandadır, səhvimizi bağışlamadı. "Neftçi" kimi komanda belə epizodlarda rəqibini cəzalandırır. Bilirdik ki, meydanın mərkəzində top itirə bilmədik. Çünki rəqibin güclü orta xətti var.