01:48 28-08-2020
news_image
635
FUTBOL

“Neftçi” üçün 36 variant – “Milan”la “Tottenhem” də var

Avropa Liqasının II təsnifat mərhələsinin iştirakçılarının adına böyük ölçüdə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin 47 cütündən 45-də turu adlayan komanda bəlli olub.

Bu isə o deməkdir ki, II təsnifat mərhələsində mübarizə aparacaq 72 komandadan 70-i məlumdur. Onlardan 25-i ilk raunddan azad olan klublardır.

Bu 70 komandanın avqustun 31-də keçiriləcək püşkatmada hansı səbətdə yer alacağı indidən bəllidir. Çünki baş tutmayan cütlərdəki klublar aşağı reytinqli olduğundan mərhələ adlayacaq tərəf səpələnməmişlər sırasında yer alacaq.

Mərhələ adlayan Azərbaycan klubu “Neftçi” də səpələnməmişlər sırasında olacaq. Bakılıların mümkün rəqibləri sırasında “Tottenhem”, “Milan”, “Volfsburq” kimi komandalar da var.

Avropa Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər

“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Volfsburq” (Almaniya)
APOEL (Kipr)
BATE (Belarus)
“Qalatasaray” (Türkiyə)
“Malmö” (İsveç)
“Partizan” (Serbiya)
“Standard” (Belçika)
“Styaua” (Rumıniya)
“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Reyncers” (Şotlandiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Reyms” (Fransa)
“Fehervar” (Macarıstan)
“Rio Ave” (Portuqaliya)
“Dinamo” (M, Rusiya)
“Slovan” (Çexiya)
“Hayduk” (Xorvatiya)
“Şkendiya” (Şimali Makedoniya)
“Kolos” (Ukrayna)
“Villem” (Niderland)
TNS (Uels)
“Yablonets” (Çexiya)
“Lex” (Polşa)
“Hartberq” (Avstriya)
“Aberdin” (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Kayrat” (Qazaxıstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Orxus” (Danimarka)
“Motervell” (Şotlandiya)

Səpələnməmişlər
“Kukesi” (Albaniya)
“Servett” (İsveçrə)
“Aris” (Yunanıstan)
OFİ (Yunanıstan)
“Ventspils” (Latviya)
“Olimpiya” (Sloveniya) 
“Linkoln” (Cəbəllütariq)
“Topola” (Serbiya)
“Osiyek” (Xorvatiya)
“Höteborq” (İsveç)
 “Hammarbü” (İsveç)
“Bodo Qlimt” (Norveç)
“Vikinq” (Norveç)
“Proqress” (Lüksemburq)
“Riterlay” (Litva)
MOİK (Bolqarıstan)
“Honved” (Macarıstan)
“Kaysar” (Qazaxıstan)
“Neftçi” (Azərbaycan)
B-36 (Farer adaları)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
“Botoşani” (Rumıniya)
“Pyast” (Polşa)
“Teuta” (Albaniya)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Lokomotivi” (Gürcüstan)
“Laçi” (Albaniya)
“Hibernians” (Malta) 
“Dunayska” (Slovakiya)
“Bala Taun” (Uels)
“Sfantul” (Moldova)
“Şemrok Rovers” (İrlandiya) 
“Kolreyn” (Şimali İrlandiya)
“Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi