10:08 28-08-2020
news_image
171
FUTBOL

Milli karyerasını başa vurur – Matiç

“Mançester Yunayted”in yarımmüdafiəçisi Nemanya Matiç milli karyerasını başa vurmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu Serbiya yığmasındakı çıxışını yekunlaşdırmaq qərarına gəlib.

Buna səbəb Serbiya Futbol Federasiyasının qərarları ilə razı olmaması və bəzi məsələlərin vaxtında həll edilməməsidir. İdarəçilikdən narazı olan Matiç bu üzdən tezliklə yığmadan getməyi qətiləşdirib. Hətta federasiya rəsmilərinin müraciəti də onu fikrindən daşındırmayıb. Bununla belə, futbolçu Millətlər Liqasının Rusiya (3 sentyabr) və Türkiyə (6 sentyabr) ilə oyunlarına dəvət alıb.

Qeyd edək ki, Nemanya Matiçin qardaşı Uroş Matiç hazırda “Qarabağ”da çıxış edir.