11:33 28-08-2020
news_image
159
FUTBOL

Qrizmann-Feliks dəyişikliyinə “yox” cavabı – “Atletiko”dan

“Barselona” hücumçusu Antuan Qrizmannın çıxışından məmnun deyil.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Fransa millisinin üzvü ilə yollarını ayırmaq niyyətindədir.

Hətta 29 yaşlı forvard sabiq klubu “Atletiko”ya təklif edilib. “Barsa” rəhbərliyi Qrizmannın portuqaliyalı Joao Felikslə dəyişdirilməsini istəyib. Lakin madridlilər 21 yaşlı oyunçusunu göndərmək fikrindən uzaq olduğu üçün rədd cavabı verib.

Qeyd edək ki, Antuan Qrizmann “Barselona”ya ötən il “Atletiko”dan keçib.