12:06 28-08-2020
news_image
137
FUTBOL

Hücumçusunu Portuqaliya klubuna göndərir – “Real”

“Real”ın hücumçusu Mariano Dias Portuqaliyaya köçür.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı forvard “Benfika” ilə anlaşıb.

Klublar arasında razılığa əsasən, dominikanlı oyunçu 2020/21 mövsümünü icarə əsasında “Benfika”da keçirəcək. Lissabon təmsilçisi bu müddətdə ona 4,5 milyon avro maaş ödəməlidir. Ancaq portuqaliyalılar bu məbləğin azaldılmasına çalışır.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Mariano Dias 2017/18 mövsümündə “Lion”da çıxış edib.