
Kipr yığmasının UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycanla keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu qarşıdakı iki rəsmi görüşə 24 futbolçu dəvət edib.
Baş məşqçi Yohan Valem 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçuya dəvət göndərib
Qapıçılar: Tasos Kissas, Neofitos Mixael, Çaralambos Kiriakides
Müdafiəçilər: Konstantinos Laifis, Nikolas Yannu, Valentinos Sielis, Çaris Kiriaku, Kipros Kristoforu, Minas Antoniu, Andreas Karo, Kristos Veeler
Yarımmüdafiəçilər: Giorqos Efrem, Çaralampos Kiriaku, Qriqoris Kastanos, Yannis Kusulos, Aleksander Qoqiç, Matiya Spolyariç, Cannis Satsias
Hücumçular: Dimitris Kristofi, Pieros Sotirou, Yannis Pittas, Marios Elia, Marinos Tzionis, Laizos Laizu
Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini qəbul edəcək.