15:17 28-08-2020
news_image
174
FUTBOL

Millinin heyətində dəyişiklik - "Qəbələ"nin futbolçusuna dəvət

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Milan Obradoviç komandaya daha bir futbolçu çağırıb.

Bu, "Qəbələ” klubunun üzvü Rüfət Əhmədovdur. O, Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də, saat 21:00-da, “Kapital Bank Arena”da Fransa komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının hazırlıq prosesinə qoşulub.