16:07 28-08-2020
news_image
236
FUTBOL

“Millətlər Liqasının önəmini başa düşürəm” – millimizin rəqibi

“İzlədiyim bəzi futbolçular var ki, növbəti toplanışlarda yığmaya çağırıla bilər. Kim hazırdırsa, ona da dəvət göndərmişəm. Heç kimin yaşının azlığına və ya çoxluğuna önəm vermirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem bu gün təşkil edilən mətbuat konfransında deyib.

Millətlər Liqasının C liqasının 1-ci qrupunda Monteneqro və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlara dəvət edilən futbolçuların adlarını açıqlayan 48 yaşlı mütəxəssis turnirə ciddi hazırlaşdıqlarını söyləyib: “Bilirəm ki, nəticə ilk növbədədir. Ancaq komandanı inkişaf etdirmək istəyirəm, məsuliyyətimi və işimi bilirəm. Oyundan-oyuna yaxşı çıxış etməli, oyunumuzdan zövq almalıyıq. Bəli, Millətlər Liqasının və bu yarışdakı mübarizənin önəmini başa düşürəm".

Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisi ilə Nikosiyada qarşılaşacaq.