17:02 28-08-2020
news_image
176
FUTBOL

Uşaq liqaları ilə bağlı planını açıqladı - AFFA

AFFA-nın uşaq və yeniyetmə liqalarında yarışlarla bağlı planı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qurum bu turnirlərin oktyabr ayından etibarən start götürməsini planlaşdırılır.

AFFA bu addımı orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı təkliflərə əsasən atıb. U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oktyabrın 3-də, U-15, U-16 və U-17 liqalarının isə oktyabrın 17-də başlanması nəzərdə tutulub. Lakin liqaların startı ilə əlaqədar yekun qərarların qəbul olunması zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın orta məktəblərdə əyani təhsillə bağlı qərarları nəzərə alınacaq.

Qeyd edək ki, əvvəlki illərdə göstərilən liqalarda çıxış etmiş komandalar qeydiyyata alınmaq üçün sentyabrın 1-dən etibarən AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə, liqalara yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə müraciət etməlidir.